Azərbaycan Respublikası Dövlət Neft Şirkətində müxtəlif peşə və ixtisaslar üzrə fəhlə, mütəxəssis və rəhbər işçi kateqoriyaları üzrə işçi qəbulu davam edir. Şirkətin İnsan resursları Departamentindən verilən məlumata görə, hazırda şirkətin korporativ veb saytında (www.socar.az) 100-dən çox vakansiya elan edilmişdir. Vakansiyalar əsasən neft qaz hasilatı, tikinti və qaz təsərrüfatı sahələrini əhatə edir. Məlumat üçün bildirilir ki, işə qəbul müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqədə iştirak etmək istəyənlər http://careers.socar.az/VacancyList link-inə daxil olmaqla iş təcrübəsinə, ixtisas və peşələrinə uyğun elan edilmiş müxtəlif vakansiyalar üzrə elektron müraciət edə bilərlər. Elektron müraciəti qeydə alınmış namizədlərin sənədlərinin vakansiya tələbləri ilə uyğunluğu yoxlanıldıqdan sonra uyğun gələnlər növbəti test, peşə sınaq imtahanı və ya müsahibə mərhələlərinə dəvət olunacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə