Ağdaş rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə iki milyon manat pul ayrıldı
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Ağdaş Rayon İcra Hakimiyyətinə vəsait ayrılmasına dair sərəncam imzalayıb.
Sərəncamda deyilir ki, iyirmi min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Ləki-Pirəzə-Xınaxlı avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat vəsait ayırlsın.
Maliyyə Nazirliyinə nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin edilməsi tapşırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB