Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) "Xəzər Regionunda Əməkdaşliq: Milli perspektivlər və ümumi çağırışlar" mövzusunda konfrans keçirir. SİA-ya verilən məlumata görə, SAM-ın direktoru Fərhad Məmmədov və Konrad Adenauer Fondunun regional proqram direktoru Canan Atilqan konfransı giriş sözü ilə açıblar.
"Xəzər regionunda iqtisadi əməkdaşlığın dinamikası: Ticarət, enerji və nəqliyyat" mövzulu birinci panelin məruzəçiləri Azad Berlin Universitetinin Xəzər Araşdırmaları Mərkəzinin koordinatoru Bəhruz Abdolvand, Beynəlxalq Siyasi Araşdırmalar Mərkəzinin elmi işçisi Karlo Frappi, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin elmi işçisi Azad Qəribov olublar.
"Xəzər regionunda təhlükəsizlik strategiyaları və strukturları: Milli perspektivlər, regional əməkdaşlıq və xarici faktorların rolu" mövzusunda olacaq ikinci paneldə Kadir Has Universitetinin beynəlxalq münasibətlər kafedrasının müdiri Mitat Çelikpalanın, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin xarici siyasət məsələlərinin təhlili şöbəsinin müdiri Rövşən İbrahimovun çıxışları planlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB