Neft bahalaşıb

İyunun 13-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair iyul müqaviləsinin dəyəri 0,81 dollar və ya 0,8% artaraq 1 barelə görə 96,69 dollar təşkil edib.SİA-nın məlumatına görə, ötən gün ICE London qitələrarası birjasında iyulda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,76 dollar və ya 0,8% artaraq 104,25 dollar olub.

Bütün xəbərlər Facebook səhifəmizdə