Amerika Birləşmiş Ştatları iqtisadiyyatında geriləmə müşahidə olunub. SİA-nın verdiyi məlumata görə, Birləşmiş Ştatların iqtisadiyyatında proqnozlaşdırılandan az artım olub. Hökumətin verdiyi açıqlamaya görə, bu ilin birinci rübündə iqtisadi artım 2,4 faiz həddində olub. Proqnozlara görə isə 2,5 faiz artım olmalı idi. Ekspertlərin fikrincə nəticənin gözləniləndən az olması birinci rübdə büdcə kəsirləri və vergi xərclərinin artması ilə bağlıdır.
Qeyd edək ki, əhalinin istehlak xərclərində də 4,9 faizlik azalma müşahidə olunub. Bundan başqa işsizliyə görə, müavinət alanların sayı daha 10 min nəfər artaraq 354 minə çatıb. Ölkədəki inflyasiyanın səviyyəsinə gəldikdə isə 1,2 faiz həddindədir. Əhalinin xərcləri isə 3,4 faiz olub. Fitch beynəlxalq kredit dərəcələndirmə təşkilatı ABŞ-dakı iqtisadi problemin 2014-cü ildə tam aradan qalxacağını bəyan edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB