"Bu ilin sonunda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) sifarişi ilə müasir tipli üzən qazma qurğusunun tikintisinə başlanacaq". SİA-nın verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev deyib.
R.Abdullayevin sözlərinə görə, hazırda bu istiqamət üzrə müqavilənin işlənilməsi həyata keçirilir: "Yaxın zamanlarda müqavilə imzalanacaq və artıq ilin sonunda üzən qazma qurğusunun tikintisinə başlanacaq. Bu qurğu ARDNŞ və Dövlət Neft Fondunun sifarişi əsasında inşa olunacaq. Hazırda ölkədə Qazma Klubu yaradılır ki, daha sonra 2-ci, 3-cü və 4-cü üzən qazma qurğularının tikintisi onlar tərəfindən sifariş ediləcək. Hal-hazırda 3-cü və 4-cü qurğuların tikintisinə dair layihə hazırlanır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB