TASİM layihəsi üzrə alyans yaradılacaq

TASİM layihəsi üzrə alyans yaradılacaq

"Trans Avrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsi üzrə alyans yaradılacaq". SİA-nın məlumatına görə, bunu rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov deyib.

Onun sözlərinə görə, bu alyansın koordinatoru Azərbaycandır və ofisi də Azərbaycanda yaradılacaq: "Buraya əsasən yeni operatorlar və əsasən də yeni bölgə kommersiya fəaliyyəti ilə məşğul olan operatorlar və şirkətlər müraciət edirlər. Alyansın yaradılması sentyabr ayında BMT-nin Baş Assambleyasında rəsmi elan olunacaq. Hazırda alyansın yaradılması istiqamətində hazırlıq işləri aparılır".

Bütün xəbərlər Facebook səhifəmizdə