Avropa iqtisadiyyatı bu ilin əvvəllərində üzləşdiyi böhrandan tədricən xilas olacaq. SİA-nın Euronews-a istinadən verdiyi xəbərə görə, Avropa Komissiyasının Maliyyə məsələləri üzrə nümayəndəsi Olli Rehnnin bildirib ki, qitə iqtisadiyyatının inkişafı bu ilin 2-ci yar;sında sürətlənəcək. Proqnozlara görə, 2014-cü ildə Avropa Birliyinin üzləşdiyi iqtisadi böhran tam aradan qalxacaq. Avropa Birliyi bu məsələylə bağlı yaydığı hesabatda bildirib ki, 2014-cü ildə iqtisadiyyat 1,2 faiz artacaq. Bundan başqa, ciddi iqtisadi böhranla üzləşən Yunanıstan 2014-cü ildə problemdən tədricən azad olacaq. Lakin ölkədəki işsizlik faizi artacaq. Kipr iqtisadiyyatındakı 12,6 faizlik azalmada isə müsbət yöndə heç bir dəyişiklik olmayacaq.
Qeyd edək ki, iqtisadçılar Avropa Birliyinin həddindən artıq nikbin olduğunu bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB