Azərbaycanda səmərəli əmlak idarəçiliyini dəstəkləyən Ünvan Reyestri sistemi yaradılıb

Azərbaycanda səmərəli əmlak idarəçiliyini dəstəkləyən Ünvan Reyestri sistemi yaradılıb

"Azərbaycanda səmərəli əmlak idarəçiliyini dəstəkləyən Ünvan Reyestri sistemi yaradılıb". SİA-nın verdiyi xəbərə görə, bunu Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən "Heydər Əliyev və Azərbaycanda mülkiyyət islahatları" mövzusunda keçirilən elmi-praktiki konfransda ƏMDK-nin sədri Kərəm Həsənov deyib.

Onun sözlərinə görə, yeni qaydalar üzrə ünvanların verilməsi və ünvan lövhələrinin quraşdırılmasına başlanılıb. Eləcə də kadastr və qeydiyyat sahəsində dövlət xidmətlərinin elektron formada təqdim edilməsinə keçid təmin edilib.

Bundan başqa K.Həsənov bildirib ki, Dünya Bankının "Doing Business 2013" hesabatına əsasən Azərbaycan əmlakın qeydiyyatının təkmilliyi göstəricilərinə görə dünya ölkələri sırasında 9-cu yerdədir: "Bununla yanaşı, zamanın çağırışlarına cavab olaraq mülkiyyət münasibətlərinin təkmilləşdirilməsi məqsədilə özəlləşdirmənin dinamik surətdə həyata keçirilməsi, habelə əmlak idarəçiliyinin modernləşdirilməsi davam etdirilməlidir. Bu iş Azərbaycan prezidentinin 29 dekabr 2012-ci il tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasında müəyyən olunmuş prioritetlər nəzərə alınmaqla həyata keçiriləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə