Bu gün İqtisadi İnkişaf Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Bakıda Azərbaycan-Litva Biznes Forumu keçirilib. SİA-nın məlumatına görə, tədbirdə rəsmi şəxslərlə yanaşı, təhsil, tikinti, maliyyə, İKT, bərpa olunan enerji, ətraf mühitin mühafizəsi, suyun təmizlənməsi, avtomobil daşımaları, logistika, avtomobil hissələrinin satışı və s. sahələrdə fəaliyyət göstərən iş adamları iştirak edib.
Forumda Azərbaycan və Litva arasındakı mövcud iqtisadi əlaqələrin və əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.
Bununla yanaşı, Biznes Forumda hər iki ölkənin biznes və investisiya imkanlarına dair təqdimatlar keçirilib və iş adamları arasında ikitərəfli görüşlər olub.
Ceyhun Eyyubov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB