"Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatının inkişaf modeli kimi qəbul olunub”

"Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatının inkişaf modeli kimi qəbul olunub”

"Çox sevindirici haldır ki, ötən gün Cənubi Qafqazın, Orta Asiyanın və Mərkəzi Asiyanın perspektivləri Bakıda müzakirə olundu. Çünki, Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatının inkişaf modeli kimi qəbul olunub". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov deyib.

Onun sözlərinə görə, Dünya İqtisadi Formu artıq 40 ildən çoxdur ki, keçirilir: "Təkcə Avropanı yox, dünyanın bir çox ölkələrini öz tədqiqat əhatəsində saxlayır. Bu Forum Cənubi Qafqaz və Mərkəzi Asiya regionu ölkələrini da bir neçə il bundan əvvəl özünə prioritet sahə kimi seçib. Regionda Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatının inkişaf modeli kimi qəbul olunmasına səbəb isə onun həm təbii resurslarını dünya bazarına çıxarıb ən yüksək qiymətə satması, həm də iqtisadiyyatın identifikasiya edilməsilə bağlıdır. Bütün bu məsələlər və prezident İlham Əliyevin də ötən gün çıxışında qeyd etdiyi kimi, Azərbaycanın Cənubi Qafqaz regionuna nümunə olmaqla yanaşı, Mərkəzi Asiya ölkələri üçün də səmərəli model və nümunə kimi istifadə olunması faktdır. Ötən gün ölkəmizə gələn xarici qonaqların siyahısı və burada aparılan müzakirələr göstərdi ki, Azərbaycan bütün sahələrdə öz nümunəsini göstərə bilib. Buraya ilk növbədə qeyri-neft sektorunun sahələri - ticarət, infrastruktur layihələri, nəqliyyat, turizm, maliyyə, uzunmüddətli sərmayələr aiddir. Bütün bunlar müasir Azərbaycanı səciyyələndirən faktorlardır. Prezident İlham Əliyev ötən gün onu da qeyd etdi ki, gələcək 15-20 il ərzində Azərbaycan bu istiqamətlərdə daha da ciddi addımlar atacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə