Neft bahalaşıb

Aprelin 8-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair may müqaviləsinin dəyəri 0,66 dollar və ya 0,7% artaraq 1 barelə görə 93,36 dollar olub. SİA-nın xəbərinə görə, aprelin 8-də ICE London qitələrarası birjasında mayda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,54 dollar və ya 0,5% artaraq 104,66 dollar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə