"Transxəzər qaz boru kəmərinin tikintisi layihəsi çox mürəkkəb bir layihədir". SİA- nın verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamsında sənaye və energetika naziri Natiq Əliyev deyib. Onun sözlərinə görə, bu layihənin reallaşması üçün bir neçə məsələnin həll olunması tələb olunur: "İlk növbədə iki əsas və mühüm sənəd imzalanmalıdır. Bunlardan biri Azərbaycan, Türkmənistan və Avropa İttifaqı arasında siyasi iradə ilə bağlı sənəddir. Digəri isə Azərbaycan və Türkmənistan arasında boru kəmərinin tikintisi barədə saziş olmalıdır. Layihənin əsas mübahisəli məsələsi kimi qazın harada təhvil verilməsi ilə bağlıdır. Belə ki, Türkmənistan ümumilikdə həmin kəmərlə ildə 30 mlrd. kubmetr həcmində təbii qaz ixrac edərək satmaq niyyətində olduğunu bildirsə də, qazın Xəzərin ona aid olan sahilində satılmasının tərəfdarıdır. Azərbaycan isə öz növbəsində qazı öz sahələrində təhvil almaq istəyir. Beləliklə, boru kəmərinin tikintisinin kim tərəfindən maliyyələşdirilməsi məsələsi açıq qalır. Türkmənistanın mövqeyindən belə çıxır ki, o, kəmərin tikintisində iştirak etməməlidir. Azərbaycan isə tikintiyə investisiyanı yalnız müştərək şəkildə etməyə hazırdır".
Layihənin dəyəri barədə sualları da cavablandıran N.Əliyev bəyan edib ki, 1998-ci ildə layihə təxminən 3 mlrd dolları səviyyəsində qiymətləndirilirdi: "Lakin sonradan layihə daha da bahalaşdı. Məsələn, təkcə Xəzərin dibi ilə aparılacaq boru kəmərinin tikintisinə 1-2 mlrd. dollar tələb olunur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB