Qarşıdakı 10 il ərzində Azərbaycanda ÜDM-in həcminin təqribən 2 dəfə artırılaraq 100 mlrd. manata çatdırılması planlaşdırılır. Buna növbəti illər ərzində ÜDM-in illik artım tempinin 5,5-6% səviyyəsində saxlanılması hesabına nail olunacaq. SİA-nın məlumatına görə, bunu Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bu gün Bakıda "Azərbaycan 2020: Gələcəyə baxış" mövzusunda keçirilən beynəlxalq konfransda çıxışında bildirib.
Onun sözlərinə görə, konsepsiya çərçivəsində müəyyənləşdirilmiş bu məqsədə nail olmaq üçün prioritet sahələrdən biri də İKT-nin inkişaf etdirilməsidir. Nazir bildirib ki, qarşıdakı 10 ildə İKT-nin inkişaf həddinin 4-4,5 dəfə artılması nəzərdə tutulub ki, bu sahə ümumi inkişafa tələb olunan töhfələr verə bilsin. "Məsələn, 2011-ci ildə İKT sektorunda təqribən 1,7 mlrd. dollar gəlir əldə olunubsa, 2020-ci ildə bu rəqəm təqribən 8-9 mlrd. dollara çatmalıdır", - deyə Ə.Abbasov vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB