Bu gün Milli Məclisdə 2013-cü ilin dövlət büdcəsi təsdiqlənib. SİA-nın məlumatına görə, maliyyə naziri Samir Şərifov bundan öncə parlamentdə büdcə müzakirələri zamanı millət vəkillərinin irəli sürdüyü təkliflər nəzərə alındığını bildirib.
Onun sözlərinə görə, millət vəkillərinin təkliflərinə uyğun olaraq büdcə layihəsində səhiyyə sahəsinə ayrılan vəsaitin miqdarı 3 milyon manat artırılıb. Siyasi partiyalara ayrılan büdcə vəsaitlərinin miqdarının artırılması barədə təklif də nəzərə alınıb. Siyasi partiyalara ayrılan vəsaitlərin miqdarı 500 min manat artırılaraq 2,5 milyon manata çatdırılıb. Milli Məclisin smeta xərcləri də 726 min manat artırılıb. Eyni zamanda büdcədən kənar xərclər də 35 milyon manat artırılacaq. Ümumiyyətlə, bu dəyişikliklərdən sonra büdcənin gəlirləri 5 milyon manat, xərcləri 40 milyon manat artırılıb.
Bundan başqa, Milli Məclisin xərclər smetası üçün əlavə 726 min manat vəsaitin ayrılması məqbul hesab edilib. Büdcə təşkilatlarının büdcədənkənar fəaliyyəti nəticəsində görülən işlərə və cərimələrdə nəzərdə tutulan gəlirlərə görə büdcədənkənar təşkilatların gəlirlərinin artmasını nəzərə alaraq həmin təşkilatların maddi-texniki təminatının yaxşılaşdırılması və əmək haqlarının artırılması məqsədilə bu sahəyə əlavə 35 mln. manat ayrılacaq.
Büdcə layihəsi səsə qoyulub və qəbul edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB