Portuqaliya hökuməti dövlət borclarının azaldılması üçün 2013-cü il dövlət büdcəsi layihəsini təqdim edib. İqtidardakı sağ mərkəz hökumətinin elan etdiyi dövlət büdcəsi layihəsində vergilərin artırılmasının nəzərdə tutulması xalq kütlələrini küçələrə çıxarıb. Hökumətin iqtisadi siyasətini tənqid edən kütlə parlament binası qarşısında etirazlarını davam etdirir.
Layihəyə əsasən gəlir vergisi 14,5-48% olacaq, təqaüd yaşı isə 65 yaşadək qaldırılacaq. İqtisadi ekspertlərin fikrincə 2013-cü il büdcə layihəsi iqtisadiyyatda azalmaya və 16 % işsizliyin artmasına səbəb olacaq. Xatırladaq ki, büdcə oktyabrın sonlarında müzakirə olunacaq.
Elvin
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB