"Azerfon" AZAL-la 10 illik saziş imzalayıb

"Azerfon" AZAL-la 10 illik saziş imzalayıb

"Azerfon" MMC mobil rabitə şəbəkəsinin müasirləşdirilməsinə son bir il ərzində 72 milyon manat sərmayə qoyub. SİA-nın məlumatına görə, bunu jurnalistlərə şirkətin rəhbəri Yurgen Pits bildirib. Onun sözlərinə görə, bu, əhatə zonasının genişləndirilməsi ilə yanaşı, şəbəkənin sabit işini təmin etməyə də imkan verir.

Pitsin qeyd edib ki, bu gün şirkət Bakı Metropoliteninin bütün stansiyalarını üçüncü nəsil (3G) şəbəkəsi ilə əhatə edib: "Bununla yanaşı, yaxın vaxtlarda "Azerfon" mobil rabitə şirkəti "Azərbaycan Hava Yolları" milli aviaşirkətinin avialaynerlərində əlçatan olacaq. "Azerfon" mobil rabitə operatoru aviaşirkətin hava gəmilərində mobil rabitə xidmətlərinin göstərilməsi üzrə AZAL-la 10 illik saziş imzalayıb. Bununla da vətəndaşlar təyyarədə mobil rabitə xidmətlərindən həm səsli, həm sms, həm də internetdən istifadə edə biləcəklər. Bu ilin sonuna qədər bu xidmətimiz reallaşacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə