Vergilər naziri, 2-ci dərəcəli dövlət vergi xidməti müşaviri Fazil Məmmədov səlahiyyət müddətinin başa çatması ilə əlaqədar BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Fikrət Akçuranı qəbul edib.
Vergilər naziri BMT-nin Azərbaycandakı nümayəndəliyinin, xüsusən səfir F.Akçuranın ölkəmizdəki fəaliyyətini yüksək qiymətləndirərək faydalı əməkdaşlığa görə ona öz təşəkkürünü bildirmiş, gələcək fəaliyyətində uğurlar arzulayıb. F.Məmmədov qeyd edib ki, dünyanın ən mötəbər təşkilatı olan BMT-nin ölkəmizdəki nümayəndəliyi Azərbaycanda həyata keçirilən islahatlara daim dəstək verib, Azərbaycan Respublikası Vergilər Nazirliyinin müxtəlif layihələrində və tədbirlərində də yaxından iştirak edib.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Fikrət Akçura Azərbaycanda çalışdığı müddətdə ölkəmizdə böyük quruculuq işlərinin şahidi olduğunu, ölkəmizin sürətlə dünya birliyinə inteqrasiya etdiyini, bunun nəticəsi olaraq, Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçildiyini və qlobal problemlərin həllinə öz töhfəsini verdiyini vurğulayıb.
İşlədiyi müddətdə Azərbaycanın vergi sistemində həyata keçirilən islahatları da yaxından izlədiyini bildirən F.Akçura gələcəkdə BMT-nin Azərbaycandakı nümayəndəliyi ilə Vergilər Nazirliyi arasında əməkdaşlığın daha da genişlənəcəyinə əminl olduğunu bildirib.
Görüş səmimi və faydalı müzakirə şəraitində keçib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB