Sentyabrın 16-22-də Türkiyənin Antalya şəhərində "İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrdə ekoturizmin inkişafı" mövzusunda beynəlxalq konfransın keçirilməsi nəzərdə tutulur.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, tədbir çərçivəsində ekoturizm üzrə ümumi və praktiki araşdırmalar, xidmətlər və infrastruktur, beynəlxalq təcrübə və ekoturizm fəaliyyətinin planlaşdırılması mövzuları üzrə fikir mübadiləsi aparılacaq.
Konfransda Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Cəmil Kəlbəliyev iştirak edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB