Azərbaycanda 2006-cı ildən fəaliyyət göstərən Turizm İnstitutunda tədris proqramının məşhur Krems Universitetinin proqramına uyğun həyata keçirildiyini deyən nazir bildirib ki, bu İnstitut Avropanın ən məşhur təhsil ocaqları ilə rəqabət aparır: "Turizm İnstitutu Azərbaycanda nadir institutlarından biridir ki, Avropanın ən məşhur universitetləri ilə rəqabət aparır. Bu peşə məktəbi səviyyəli xidmət servislərini təqdim edəcək. Bu, Azərbaycan üçün maraqlı və yeni istiqamətdir".
Qusar, Quba və Lənkəranda da turizm peşə məktəblərinin yaradılması haqqında proqramın olduğunu deyən Ə. Qarayev bu kimi məktəblərin açılmasını yeni kadrların hazırlanmasında əvəzsiz xidmətləri olacağını vurğulayıb.
Turizm İnstitutunun məzunlarının qısa zamanda işlə təmin olunduqlarını deyən nazir bildirib ki, hər il məzunların 90 faizindən çoxu işlə təmin olunur: "Artıq tələbələr, şagirdlərlə bağlı şirkətlərin arasında rəqabət gedir. Bu qeyri-sağlam bir tendensiyadır. Mehmanxanalar bir-biriləri ilə rəqabəti həmin işçilər üzərində həyata keçirir. Digər tərəfdən bu məni sevindirir ki, o uşaqların təhsil və iş bacarığı mehmanxanaların marağındadır".
\"Bu il Azərbaycan Turizm İnstitutunda 266 tələbə məzun adını qazanıb: \"Bu rəqəm son 3 ilin ən yüksək göstəricisidir. Çünki keçən il 100 tələbə məzun olmuşdu\",- deyə nazir əlavə edib.
Nazir qeyd edib ki, turizm sahəsinin tələbələri dünyanın bir neçə ölkəsində təcrübə keçməsinə imkan yaradılıb. Bu sahədə planların çox olduğunu deyən Ə.Qarayev turizm sənayesinin inkişafının dövlətin daim diqqətində olduğunu vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB