İlham Şaban: \"TANAP layihəsi Azərbaycan qazını Avropaya çatdıracaq\"
\"TANAP layihəsi 4 mərhələdə həyata keçiriləcək. Onun ilk mərhələsi 2018-ci ildə başa çatacaq, 2020-ci ildə kəmərin buraxılış qabiliyyəti ildə 16 milyard kubmetrə, 2023-cü ildə 23 milyard kubmetrə, 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılacaq. Azərbaycan Dövlət Neft Şirkətinin rəsmi açıqlamasına görə, ilk dövrdə TANAP kəməri ilə nəql olunacaq 16 mlrd. kubmetr Azərbaycan qazının 10 mlrd. kubmetri Avropaya, 6 mlrd. kubmetri isə Türkiyəyə satılacaq. Avropa üçün nəzərdə tutulan qaz Türkiyə-Bolqarıstan və ya Türkiyə-Yunanıstan sərhədində təhvil veriləcək\". Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın SİA-ya verdiyi açıqlamaya görə, TANAP layihəsi vasitəsi ilə ilk dəfə olaraq Xəzər qazı Avropaya çıxarılacaq. İqtisadçının sözlərinə görə, indiyədək \"Şahdəniz 1\" layihəsi işlənəndən sonra Azərbaycan qazı Türkiyədən çıxmamışdı: \"Onun alıcısı yalnız Türkiyə idi. \"Şahdəniz\"in tam miqyaslı işlənməsi sanksiyalaşdırılmamışdı. Buna səbəb avropalı istehlakçılarla ilə alqı-satqı müqaviləsi imzalanmaması idi. İkincisi, onun hansı yolla çıxarılması bir qədər dumanlı idi. Zaman kəsiyində müxtəlif layihələr ortaya qoyulurdu. Onlardan ən önəmlisi kimi NABUKKO layihəsi qeyd olunurdu. Ancaq zaman göstərdi ki, bu yerində sayan bir layihə oldu\".
İlham Şabanın qeyd edib ki, Azərbaycan mavi yanacağı Avropaya çıxarmaq üçün hətta Qara dəniz üzərindən sıxılmış qaz layihəsi təqdim etdi. Ancaq reallıqda bunun iqtisadi gücünün nə olacağı və qısa məsafələrdə onun özünün doğrultmayacağı təhlil nəticəsində məlum oldu: \"Bu baxımdan 2011-ci ildə 25 oktyabrda Azərbaycanla Türkiyə arasında imzalanmış paket qaz sazişindən sonra Azərbaycan tərəfinin səyi nəticəsində belə bir layihə gündəmə gəldi. Bunun imzalanması faktiki olaraq ilk dəfə Xəzər qazının Avropa sərhədlərində isteklaçılara verilməsinin əsasını qoyur. Yəni faktiki olaraq TANAP layihəsi Qərb üçün də gözlənilməz idi. Bu layihənin ilhamvericisi, bu layihəni gündəmə gətirən Azərbaycan tərəfi olub. Türkiyə tərəfinin apardığı müzakirədən sonra rəsmi Ankarada bu layihəyə spektip yanaşan insanlar çox idi. Ona görə ki, hesab ediblər ki, TANAP layihəsi reallaşarsa, Azərbaycan qazının Avropaya daşınmasında Türkiyənin qazancı az olacaq. Çünki Azərbaycan qazı mövcud Botaş sistemi ilə daşındıqda Türkiyə daha çox qazanır. Lakin Azərbaycan tərəfi çox maraqlı bir arqument ortaya qoydu. Rəsmi Bakının ortaya qoyduğu artument ondan ibarət idi ki, qazın həcmi 10 milyard kubmetrdən artıq olsa, o zaman yeni kəmərlər sisteminin inşası lazımdır. Türkiyə tərəfi böyük vəsait hesabına bunu gerçəkləşdirməli idi. İndi bu vəsaitin böyük hissəsini Azərbaycan tərəfi qoyacaq. Qeyd edək ki, Azərbaycan bu layihəni reallaşdırmaqla yeni bir sistemə, texnologiyaya malik ömrü 60 ildən az olmayan işin əsasını qoydu. İqtisadi baxımdan qısa bir müddət üçün əlverişli ola bilərdi, amma uzun müddət üçün strateji baxımdan bu daha önəmlidir\".
Vüqar Əliyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB