Yaxın gələcəkdə MDB ölkələrində iqtisadi böhran gözlənilir

Yaxın gələcəkdə MDB ölkələrində iqtisadi böhran gözlənilir

Yaxın gələcəkdə MDB ölkələrində ciddi iqtisadi böhran gözlənilir. Bunu iqtisadçı ekspert Vüqar Bayramov SİA-a verdiyi açıqlamada bildirib. Vüqar Bayramovun sözlərinə görə, iqtisadi böhran özünü daha çox Rusiya, Ukrayna və Qazaxıstan iqtisadiyyatında göstərəcək. Qeyd edək ki, MDB ölkələrində baş verəcək böhran son dövrlərdə Amerika Birləşmiş Ştatları və Avropa iqtisadiyyatındakı problemlərlə bağlıdır. Vüqar Bayramovun sözlərinə görə, ABŞ və Avropa bu cür iqtisadi tənəzzüldən çıxma imkanlarına malikdir: "Ancaq keçmiş postsovet ölkələrində bunun qarşısını ala biləcək tədbirlər yoxdur. Bununla yanaşı Avropadakı iqtisadi böhran özünü dünyanın səhm bazarında göstərəcək. Ümumilikdə inkişaf etməkdə olan ölkələrin iqtisadi tempi 1 faiz azalacaq".

Bundan başqa Vüqar Bayramov qeyd edib ki, iqtisadi böhran Azərbaycan iqtisadiyyatına ciddi təsir etməyəcək: "Bunun qarşısını alacaq iki iqtisadi aspekt mövcuddur. Birincisi xarici borcların ÜDM-dakı payının az olmasıdır. Qeyd edəki ki, Ermənistanın xarici borcunun ÜDM payı 65 faizdirsə, Azərbaycanda bu 8 faiz təşkil edir. Dünya iqtisadiyyatı təcrübəsinə görə, xarici borcların ÜDM-dəkı payı 30 faizdən azdırsa, həmin ölkədə iqtisadi təhlükə mövcud deyil. Digər bir aspekt isə Azərbaycanın dövlət rezervlərinin çox olması ilə bağlıdır". Vüqar Bayramovun sözlərinə görə, Azərbaycanın dövlət rezervləri 75 faiz təşkil edir. Beləliklə iqtisadi böhranın coğrafiyasının genişlənməsinə baxmayaraq Azərbaycan bu problemdən sığortalanıb. Qeyd edək ki, Dünya Bankının "Qlobal iqtisadi perspektivlər, iyun 2012" adlı məruzəsində bildirib ki, inkişaf etməkdə olan ölkələr dünya iqtisadiyyatında uzunmüddətli qeyri-stabillik dövrünə hazırlaşmalıdırlar. Məruzədə qeyd olunub ki, bu ilin ilk dörd ayında həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrdə iqtisadi fəallığın bərpası müşahidə olunsa da mayın 1-dən bazarlar sabitliyini itirməyə başlayıb.


Vüqar Əliyev

Bütün xəbərlər Facebook səhifəmizdə