Yasamal rayonunun mərkəzi küçələrdən biri təmir işlərinə bağlanılıb

Yasamal rayonunun mərkəzi küçələrdən biri təmir işlərinə bağlanılıb

Bakının Yasamal rayonunda mərkəzi küçələrdən biri təmir işlərinə bağlanılıb. Bakı Şəhəri İcra Hakimiyyətindən SİA-ya verilən xəbərə görə, BŞİH-nın qərarına uyğun olaraq, "Azərbaycan" prospektindən Murtuza Muxtarov küçəsinədək, Əhməd Cavad küçəsinin bir hissəsi (Uroloji xəstəxana və Bülbül adına Musiqi Məktəbi yaxınlığında) bağlanılıb.

Bununla əlaqədar, bu istiqamətdə avtomobillərin hərəkəti məhdudlaşdırılıb və sürücülərə alternativ marşrutlardan istifadə tövsiyə olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə