Rövnəq Abdullayev: "2009-cu ildə bağlanmış müqavilədəki şərtlər olduğu kimi qüvvədə qalır" - MÖVQE
"Biz Rusiyanın "Qazprom" şirkəri ilə çox xeyirli şərtlərlə bu müqaviləni bağladıq". Bunu ANS-ə eksklüziv açıqlamasında Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev Rusiyanın "Qazprom" şirkəti ilə ARDNŞ arasında imzalanmış yeni müqaviləyə münasibət bildirərkən belə deyib.
R.Abdullayevin sözlərinə görə, sənəd 2012-ci ildə Azərbaycana ildə 3 mlrd kub metrə qədər qaz satmaq haqqını qazandırır. ARDNŞ prezidentinin sözlərinə görə, 2009-cu ildə bağlanmış müqavilədəki şərtlər isə olduğu kimi qüvvədə qalır.
"Bizə çox xeyirli şərtlərlə bu müqaviləni bağlamışıq", - deyə R. Abdullayev qeyd edib.
Bu gün Rusiyanın Soçi şəhərində "Krasnaya Polyana" iqamətgahında Rusiya prezidenti Dmitri Medvedev və Azərvaycanın dövlət başçısı İlham Əliyevin iştirakı ilə "Qazprom"un sədri Aleksey Miller və ARDNŞ prezidenti Rövnəq Abdullayev Azərbaycan qazının alqı-satqısı ilə bağlı müqaviləyə əlavə imzalayıblar."Qazprom"un rəsmi saytında yerləşdirilən məlumata görə, sənədə uyğun olaraq 2012-ci ildə Azərbaycandan alınacaq qazın həcmi ildə 1,5-dən 3 mlrd kub metrə, 2013-cü ildən isə 3 mlrd kub metrdən artıq olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB