Bərdə elektrik şəbəkəsində (EŞ) 2011-ci il ərzində keçirilmiş reydlər zamanı 1125-dən artıq istehlakçının (bundan 888-i məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilib. "Azərenerji" ASC-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılıb və 6 milyon 120,1 min kilovatsaatdan artıq (bunun 3 milyon 627,7 min kilovatsaatdan çoxu məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 307,2 min manat istehlak dəyəri bərpa edilib. Bu məbləğin 56 faizə yaxın hissəsinin ödənişi təmin edilib. Yevlax EŞ-də ötən il ərzində keçirilmiş reydlər zamanı 770-dən artıq istehlakçının (bundan 677-si məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) sayğac uçot komplektində qüsur aşkar olunaraq 4 milyon 50,7 min kilovatsaatdan artıq (bunun 2 milyon 411,7 min kilovatsaata yaxını məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 225 min manatdan çox istehlak dəyəri bərpa edilib. Həmin məbləğin 59 faizdən artıq hissəsinin ödənişi təmin edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB