Azərbaycanın Meksikadakı Səfirliyində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı münasibəti ilə qəbul keçirilib
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı münasibəti ilə Azərbaycanın Meksikadakı Səfirliyində qəbul keçirilib. Səfirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, tədbirin rəsmi açılışı zamanı Prezidenti İlham Əliyevin bayram münasibəti ilə dünya azərbaycanlılarına müraciəti oxunub.
Səfir İlqar Muxtarov çıxış edərək, tədbir iştirakçılarını hər iki bayram münasibəti ilə təbrik edib və onların gələcək fəaliyyətlərində uğurlar arzulayıb. O, Azərbaycanın 2011-ci il ərzində beynəlxalq aləmdə bir sıra siyasi, diplomatik və mədəni uğurlar əldə etdiyini bildirib.
Diplomat Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi istiqamətində aparılan danışıqlar prosesindən də söz açıb, münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması üçün ölkə rəhbərliyinin bundan sonra da bütün mümkün vasitələrdən istifadə edəcəyini vurğulayıb.
Tədbirdə Meksikada yaşayan həmvətənlərimiz, Latın Amerikası Azərbaycanlıları Assosiasiyasının sədri Natiq Atakişiyev, Ukraynanın Meksikadakı Səfiri O. Branaşko, habelə Meksikada yaşayan türk, Ukrayna və yəhudi icmalarının nümayəndələri iştirak ediblər.
Tədbirdən sonra qonaqlara Azərbaycan haqqında müxtəlif jurnal və kitablar paylanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB