ARDNŞ prezidenti Vaşinqtonda Türk-Amerika Birliyinin rəhbəri ilə görüşüb
ABŞ-da səfərdə olan Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Vaşinqtonda Türk-Amerika Birliyinin rəhbəri Faruk Tabanla görüşüb.
ARDŞN-dan verilən məlumata görə, görüşdə F.Taban uzun müddət ABŞ-da fəaliyyət göstərən təşkilatın müxtəlif bölgələrdə həyata keçirdiyi tədbirlər barədə məlumat verib. F.Taban bildirib ki, Birliyinin əsas məqsədi yalnız Türkiyənin deyil, eyni zamanda Azərbaycan, Qazaxıstan, Özbəkistan kimi türk dövlətlərinin tanıdılması istiqamətində Amerika Senatında, parlamentində və əyalətlərin hakim dairələrində məqsədyönlü iş aparmaq, Amerika ictimaiyyətinə bu ölkələr haqqında obyektiv məlumatlar çatdırmaqdır.
Türkiyənin Azərbaycana hər zaman dəstək olduğunu deyən R.Abdullayev ARDNŞ-ın Türkiyədə böyük həcmdə sərmayə layihələri həyata keçirdiyini bildirib. ARDNŞ-ın prezidenti Azərbaycan və Türkiyənin beynəlxalq miqyasda birgə hərəkət etmələrinin vacibliyini də vurğulayıb: "Biz amerikalıların həm Azərbaycanı, həm Türkiyəni daha yaxından tanımasını istəyirik. Bizim necə millətlər olduğumuzu görsünlər, zəngin mədəniyyətimizə, adət-ənənələrimizə bələd olsunlar", - deyə R.Abdullayev qeyd edib.
Görüşün sonunda ARDNŞ prezidenti Birliyinin rəhbərinə Azərbaycan neft sənayesinin tarixinə həsr olunmuş kitab və suvenirlər təqdim edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB