Bakının enerji təsərrüfatı modernləşdirilir

Bakının enerji təsərrüfatı modernləşdirilir
Xeyli vaxtdır tikilən \"İçərişəhər\" və \"Yeni Bayıl\" yarımstansiyalarının tikintisi başa çatmaq üzrədir.
Bakıelektrikşəbəkə\" ASC-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Bakının enerjisi təminatını yaxşılaşdırmaq məqsədilə bir sıra işlər görülür: "Bu məqsədlə İnvestisiya Proqramı hazırlanıb. Proqram çərçivəsində Bakının elektrik şəbəkələri yenidən qurulacaq, yeni güc mərkəzləri yaradılacaq, müasir texnologiyaların tətbiqi yolu ilə şəbəkələr modernləşdiriləcək. Hazırda şəbəkədə ciddi kadr islahatları da aparılır. Paytaxtda beynəlxalq standartlara uyğun dairəvi sxem üzrə elektrik şəbəkəsinin yaradılması məqsədilə 110 kV-luq yarımstansiyaların tikintisi də nəzərdə tutulur. Yarımstansiya tikintisi paytaxtı keyfiyyətli və fasiləsiz enerji ilə təminatına imkan yaradacaq".


Bütün xəbərlər Facebook səhifəmizdə