Sinqapurda, Pulau Bukom adasında güclü yanğın olub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hadisə \"Royal Dutch Shell\" adlı neft emalı zavodunda baş verib. Yanğının sürətlə yayılması nəticəsində zavod əməkdaşları ərazidən dərhal təxliyyə olunublar. Şahidlərin sözlərinə görə, alovun hündürlüyü 20 metrə çatıb. Güclü partlayış təhlükəsinin olduğu bildirilib.
Tələfat barədə məlumat verilmir. Yanğınla mübarizə davam edir. Hadisə ilə bağlı araşdırma aparılır. Qeyd edək ki, adıçəkilən zavod Sinqapurda ən böyük neft emalı müəssisələrindən biridir. Burada hər gün 500 min barel neftin emal olunduğu bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB