\"SOCAR Yay Məktəbi 2011\"in iştirakçıları Bakı Dərin Özüllər zavoduna olublar

\"SOCAR Yay Məktəbi 2011\"in iştirakçıları Bakı Dərin Özüllər zavoduna olublar
"SOCAR Yay Məktəbi – 2011"-in 8-ci günü İnsan resurslarının idarə olunmasına həsr edilmiş məşğələlər keçirilib. SİA-nın xəbərinə görə, U.S.E. Study Group şirkətinin əməkdaşları və ARDNŞ Baş ofisi İnsan resursları departamentinin İşə qəbul və yerləşdirmə şöbəsinin rəisi Teymur Mahmudov, şöbənin kadr hazırlığı üzrə mütəxəssisi Elnur Hüseynov, departamentin Uçot və İşçilərlə əlaqələr şöbəsinin rəisi Tural Məmmədov "Karyera inkişafı təlimi", "İnsan Resurslarının İdarə olunması" və "Kadr hazırlığı məsələləri" mövzularında təqdimatla çıxış etmiş və iştirakçıları maraqlandıran sualları cavablandırıblar.

Həmin gün Yay Məktəbinin iştirakçıları Heydər Əliyev adına Bakı Dərin Özüllər zavoduna ekskursiya ediblər, zavodun direktoru Səfixan Məmmədov iştirakçılarla görüşüb və tələbələrə ulu öndər Heydər Əliyevin zavodun tikilməsinə göstərdiyi diqqət və qayğıdan ətraflı söhbət açıb.

Daha sonra Yay Məktəbinin iştirakçıları BDÖZ-ün bir neçə sexində olublar. Tikilməkdə olan platformalar haqqında tələbələrə məlumat verilib. Ekskursiyanın sonunda iştirakçılara BDÖZ haqqında bütün məlumatları özündə əks etdirən bukletlər təqdim olunub. Axşam saatlarında Yay Məktəbinin iştirakçıları qatarla Balakən rayonuna yola düşüblər. Sentyabrın 9-dan etibarən layihə Balakəndəki "Qubek" otelində davam etdiriləcək. Orada gənclər üçün intellektual oyunlar, idman yarışları və ekskursiyalar keçiriləcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com