Xam neftin ixracı
ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2011-ci ilin avqust ayında Novorossiysk limanından 79 min 585 ton, Supsa limanından 250 min 561 ton, Çeyhan limanından 1 milyon 561 min 562 ton xam neft ixrac edib.

SİA-nın xəbərinə görə, ümümilikdə yanvar-avqust ayları ərzində Novorossiysk limanından 1 milyon 249 min 98 ton, Supsa limanından 1 milyon 758 min 809 ton, Ceyhan limanından isə 15 milyon 693 min 746 ton xam neft ixrac edilib. ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də ARDNŞ-ə məxsus xam neft həcmlərini əks etdirir.

Bütün xəbərlər Facebook səhifəmizdə