Səbail rayonunun sahibkarlarının investisiya layihələrinin qəbuluna başlanıb

Səbail rayonunun sahibkarlarının investisiya layihələrinin qəbuluna başlanıb
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Bakı şəhərinin Səbail rayonunda aşağıdakı sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayır. İqtisadi İnkişaf Nazirliyindən SİA-ya verilən məlumata görə, 2011-ci il 4 may tarixli Sərəncamı ilə təsdiq edilmiş "2011 - 2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində həyata keçiriləcək Tədbirlər Planının müvafiq bəndlərinin icrasının təmin edilməsi məqsədilə İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu 2011-ci il avqustun 17-də Səbail rayonunda "Bakı qəsəbələrində sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda tədbir keçirilib.
Tədbir çərçivəsində Səbail rayonunda mövcud iqtisadi potensialın reallaşdırılması və sakinlərin məşğulluğunun təmin olunması məqsədi ilə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən sahibkarlardan aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:
müasir çörək istehsalı müəssisəsinin yaradılması;
kiçik həcmli müasir ət kəsimi və emalı müəssisəsinin yaradılması.
Bu gündən etibarən "Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları"na uyğun olaraq, sahibkarlıq subyektləri investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.
Əlavə məlumat üçün müraciət edə bilərsiniz:
Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172: Telefon: (012) 434-74-29

Bütün xəbərlər Facebook səhifəmizdə