İyul ayında ölkə enerjisistemində 1,6 milyard kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilib
Cari ilin iyul ayında ölkə enerjisistemində 1,6 milyard kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilib.
Bu barədə SİA-ya "Azərenerji" ASC-nin Mətbuat xidmətinə Səhmdar Cəmiyyətin Mərkəzi Dispetçer İdarəsindən məlumat verilib.
Göstərilən həcmdən istilik elektrik stansiyalarının (İES) payına 1,4 milyard kilovatsaata yaxın, su elektrik stansiyalarının (SES) payına isə 0,2 milyard kilovatsaatdan artıq elektrik enerjisi istehsalı düşür.
Bununla yanaşı, ay ərzində - Rusiya Federasiyası, İran, Türkiyə və Gürcüstan qonşu dövlətləri ilə elektrik enerjisi mübadiləsi davam etdirilib.
2011-ci ilin 7 ayı ərzində isə enerjisistemdə 11,7 milyard kilovatsaata yaxın elektrik enerjisi istehsal edilib ki, bu həcmdən də 9,8 milyard kilovatsaata yaxını İES-lərin, 1,9 milyard kilovatsaata yaxını isə SES-lərin payına düşür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB