İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti dondurma bazarının monitorinqini davam etdirir. Qurumdan SİA-ya verilən məlumata görə, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 8 mart küçəsi, ev 14 ünvanında Əli Bala Əlizadəyə məxsus dondurma istehsalı sahəsində aparılan yoxlama zamanı anbarda olan hazır məhsullardan nümunələr götürülərək laborator müayinəyə göndərilib: "Laborator müayinələr nəticəsində müəssisədə istehsal edilən dondurmalarda yağın kütlə payının və quru maddələrin ümumi kütlə payının normadan az, mezofil-aerob və fakültativ-anaerob mikroorqanizmlərin sayının normadan çox, tərkibində bağırsaq çöpləri qrupundan olan bakteriyalar (koliformlar) və S.aureus bakteriyalarının (stafilokok) olduğu aşkar edilib.
Laborator müayinələrin nəticələrinə əsasən, insan orqanizmi üçün təhlükəli 210 kq dondurmanın qanunvericiliyə müvafiq qaydada məhv edilməsi barədə Dövlət Xidməti tərəfindən Əli Bala Əlizadəyə icrası məcburi göstəriş verilib. Araşdırmalar davam edir".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB