2011-ci ilin iyun ayında "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyi tərəfindən paytaxtın ilkin mənzil bazarında növbəti monitorinq aparılıb. "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyindən SİA-ya verilən xəbərə görə, son 6 ayın yekununu təhlil etdikdə satıcıların hələ də qiymətlərin artacağını, alıcıların isə bunun əksinə olaraq qiymətlərin azalacağını gözləməsi tendensiyası davam edib ki, bunun da nəticəsində paytaxtın ilkin mənzil bazarında qiymətlər stabilləşməyə meylli olub. Belə ki, yanvar ayından bu yana qiymət azalması yalnız 1,1% təşkil edib. Analitiklər ilkin bazar mənzillərinin qiymətlərinin hələ də yüksək olmasını və alıcıların alıcılıq imkanlarını böyük bir fərqlə üstələməsini əsas gətirərək 2011-ci il ərzində qiymətlərin hələ də düşəcəyi ehtimallarını söyləsələr də, ipoteka krediti bazarının davamlı işləməsi, yaşayış olan yeni tikililərin sənədləşməsi prosesinin başlaması mart ayından sonra alıcıların və satıcıların aktivliyini artıraraq bazara canlanma gətirib. Qiymətlər və bazarın aktivliyi, xüsusən də ucuz qiymətə satışa təklif edilən əmlakın qiyməti stabilləşməyə meylli olub.
Bahalı yeni tikililərin ekspozisiya müddəti hələ də yüksək olaraq qalmaqdadır ki, bu da bu tip mənzillərin qiymətlərinin və təklif həcminin bazarın real tələbinə cavab verməməsi ilə bağlıdır.
Aparılmış müşahidələr göstərir ki, alıcı yeni tikili almaq istədikdə ilk növbədə tikilinin tamamlanmasına, mülkiyyət hüququnu təsdiq edən sənədlərin mövcudluğuna, əmlakın yerləşdiyi ərazinin infrastrukturuna, sonra qiymətinə və daha sonra isə digər texniki göstəricilərinə fikir verir. Əvvəlki illərdə alıcı üçün şəhərin kənarında tikilən və heç bir infrastruktura malik olmayan yaşayış binaları ucuz olduğundan daha cazibədar görünürdüsə, son ildə baxışlar dəyişmiş, infrastruktur tələbi ön sıraya çıxıb.
Deyilənləri yekunlaşdıraraq və növbəti yarımillik üçün proqnoz verərkən qeyd etmək olar ki, istər mənzil tikintisi sektorunda, istərsə də əqdlərin bağlanmasında baş verəcək dəyişikliklər, növbəti mərhələdə əsasən dünya bazarında enerji daşıyıcıların qiymətlərinin artmasından asılı olacaq. Çünki hazırda da bir çox ölkələrdə daşınmaz əmlak bazarında baş verən proseslərin stabil şəkildə qalması tendensiyası davam etməkdədir.
Beləliklə son ayın araşdırmasına nəzərə salsaq, iyun ayında qiymətlərin stabil qalması qeydə alınıb. Bazara heç bir yeni tikili daxil olmadığından siyahı üzrə binaların sayı ötən aydakı kimi 434 ədəd olaraq qalıb. Müvafiq olaraq tikinti şirkətlərinin sayı da dəyişməyərək 155 olub.
Ən çox yeni tikililər ötən aylarda olduğu kimi Yasamal rayonu (Yeni Yasamal qəsəbəsi) ərazisində aparılır. Xətai və Nəsimi rayonları bu baxımdan sonrakı yerlərdə mövqelərini qoruyurlar. Qeyd edilən üç rayon üzrə tikintisi aparılan binaların ümumi tikinti portfelindəki payı iyun ayı üçün 64,9% təşkil edib. Digər rayonlar üzrə tikintinin həcmində hər hansı ciddi dəyişiklik baş verməyib.
Aparılan araşdırmalar zamanı iyun ayında qiymətlərin stabil qalması müşahidə edilib. Paytaxt üzrə bazara təklif edilən yeni tikililərdə hər kvadrat metr üzrə orta qiymət göstəricisi ötən aydakı kimi 1 kv.metr üzrə 839 manat olaraq qalıb. Ümumiyyətlə 2011-ci ilin əvvəli ilə müqayisədə qiymətlərin azalması 1,1% təşkil edib. Ötən rübün müvafiq dövrü ilə müqayisədə qiymət dəyişməsi 0,2%, ötən illə müqayisədə isə 3,1% azalma ilə qeydə alınıb.
2008 sentyabrı (böhran dövrü) ilə müqayisə qiymət fərqi - 29,7% olub.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Avropa Putinin planlarını pozmağa qadirdir...
Dünya 19:05Qəzza zolağında neçə xristian qalıb?
Dünya 18:49Klassik tələ...
Dünya 18:27Azərbaycan BVF-dən texniki yardımın genişləndirilməsini istəyir
İqtisadiyyat 17:36Ukraynada keşiş 3 nəfəri güllələyib
Dünya 17:33Dünya Bankının qlobal konfransı 2027-ci ildə Bakıda keçiriləcək
İqtisadiyyat 17:31Ramiz Mehdiyev YAP-dan çıxarılıb
Siyasət 17:00Masallı rayonunum Xıl kəndində şəhid anıldı
Sosial 16:55Qardaşa qardaş məsləhəti...
Rəy 16:42Rəqəmsal inkişaf və nəqliyyat naziri Qəbələdə vətəndaşlarla görüşüb
İqtisadiyyat 15:48Müharibə bizim seçimimiz olmayıb - MƏQALƏ
Siyasət 14:40Doqquz ayda Azərbaycanda kənd təsərrüfatı məhsulu üzrə istehsal artıb
İqtisadiyyat 14:18Siyəzəndə vətəndaşların müraciətləri dinləniləcək
Sosial 13:23Sabah Azərbaycanda 31 dərəcə isti olacaq
Sosial 13:15“Tarın Paqaninisi” Yakutiyada Azərbaycan musiqisinin sehrini yaşatdı
Mədəniyyət 10:52Biz beynəlxalq arenada fəal əməkdaşlıq edirik - MƏQALƏ
Siyasət 10:09Hesablama Palatasının strukturu dəyişir
İqtisadiyyat 10:08Azərbaycan XİN Pakistana başsağlığı verib
Siyasət 09:47Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9090
+0,12%
-
GBP
2,2616
+0,45%
-
RUB
2,0290
+0,70%



