Aleksandr Mişenko: “Azərbaycanın götürdüyü inkişaf və tərəqqi kursu beynəlxalq aləmdə dərin rəğbət doğurur”

Aleksandr Mişenko: “Azərbaycanın götürdüyü inkişaf və tərəqqi kursu beynəlxalq aləmdə dərin rəğbət doğurur”

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev Ukraynanın ölkəmizdəki səfiri Aleksandr Mişenko ilə görüşüb. SİA-nın məlumatına görə, qurumun prezidenti son dövrdə Ukrayna ilə əlaqələrin daha da genişlənməsindən ətraflı söz açıb: \"Azərbaycanın iqtisadi cəhətdən qüdrətlənməsində əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş yeni neft strategiyası çərçivəsində Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan genişmiqyaslı işlər müstəsna əhəmiyyət kəsb edir\".

Aleksandr Mişenko Azərbaycanın müstəqillik dövründə böyük uğurlar qazandığını söyləyərək, ölkədə gedən sürətli iqtisadi inkişafın şahidi olduğunu bildirib: \"Azərbaycanın götürdüyü inkişaf və tərəqqi kursu konstruktivliyi ilə beynəlxalq aləmdə dərin rəğbət doğurur\".

Daha sonra iki ölkə arasında iqtisadi münasibətlərin inkişaf perspektivləri müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə