ARDNŞ-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 1 ayda Supsa limanından 242 min 555 ton xam neft ixrac edib
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi iyun ayında Novorossiysk limanından 163 min 735 ton, Supsa limanından 242 min 555 ton, Çeyhan limanından 2 milyon 168 min 342 ton xam neft ixrac edib.
Ümumilikdə yanvar-iyun aylarında Novorossiysk limanından 1 milyon 83 min 867 ton, Supsa limanından 1 milyon 427 min 435 ton, Ceyhan limanından isə 11 milyon 915 min 170 ton xam neft ixrac edilib.
Qeyd edək ki, ARDNŞ-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətə məxsus xam neft həcmlərini əks etdirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB