Gəncədə evlərin qiyməti ucuzlaşır

Gəncədə evlərin qiyməti ucuzlaşır

Ölkənin ikinci böyük şəhərində daşınmaz əmlakın qiymətində ucuzlaşma müşahidə olunur. Ay ərzində evlərin satışında nəzərəçarpacaq dərəcədə azalma var. SİA-nın bölgə müxbirinin apardığı araşdırma zaman məlum olub ki, öncəki ay 10-dan artıq ev alqı-satqısı aparılıbsa, indi bu rəqəm 4-ə düşüb.

Mövcud vəziyyət isə mənzillərin qiymətinə də təsirsiz ötüşməyib. Bir müddət öncə 40-42 min ABŞ dollarına satılan üçotaqlı mənzil indi 33 min dollara satılır.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə