Xoşbəxt Yusifzadə: “Azərbaycanın təsdiq olunmuş neft-kondensat ehtiyatları 2 mlrd tondur”

Xoşbəxt Yusifzadə: “Azərbaycanın təsdiq olunmuş neft-kondensat ehtiyatları 2 mlrd tondur”

Azərbaycanın təsdiq olunmuş neft-kondensat ehtiyatları 2 milyard ton və qaz ehtiyatları 2,2 trilyon kubmetrdir. Bunu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə deyib.

Onun sözlərinə görə, proqnoz neft-kondensat ehtiyatları 2 milyard ton və proqnoz qaz ehtiyatları isə 3,8 trilyon kubmetrdir: \"Ümumilikdə respublikanın çıxarıla bilən və proqnoz ehtiyatlar şərti yanacaqla birlikdə 10 milyard ton həcmində qiymətləndirilir.Bu günədək Azərbaycanın neft-qaz sahəsinə 36 milyard ABŞ dollarından artıq xarici sərmayə qoyulub və bunun həcmi ilbəil artır\".

Bütün xəbərlər Facebook səhifəmizdə