Azərbaycanla Rusiya arasında enerji məsələləri müzakirə olunub
Rusiyanın "Qazprom"şirkətinin prezidenti Aleksey Miller Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevlə görüşüb. SİA-nın şirkətin rəsmi saytına istinadən verdiyi məlumata görə, görüş cəmiyyətin mərkəzi ofisində baş tutub. Görüşdə Azərbaycandan Rusiyaya qaz nəqli sahəsində hər iki şirkətin fəaliyyətinə yüksək qiymət verilib.
Eyni zamanda qeyd edilib ki, şirkətlər arasında əlaqələrin inkişafı Azərbaycan və Rusiyanın qarşılıqlı uzunmüddətli əməkdaşlığının mühüm strateji istiqamətlərindən biridir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB