Neftin qiymətində bahalaşma baş verib

Neftin qiymətində bahalaşma baş verib
Neftin qiymətindəki qeyri-müəyyənlik davam edir. Belə ki, son günlərdə neftin qiymətindəki eniş bu gün əks proseslə yadda qalıb. Bunun səbəbi isə ABŞ-ın əlindəki neft ehtiyatlarının azalması və Yunanıstandakı hadisələrdir. İyunun 21-də Londonun ICE Futures əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində Brent markalı neftin iyul fyuçerslərinə olan dəyəri 0,35 dollar artaraq 111,34 dollar təşkil edib. SİA-nın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI markalı neftin iyul fyuçerslərinə olan qiyməti 0.74 dollar artaraq 94.00 dollar olub.

Bütün xəbərlər Facebook səhifəmizdə