Botaş şirkəti Ceyhandakı terminalında neft boşaldılması üzrə məlumatları açıqlayıb
"Bakı-Tbilisi-Ceyhan" (BTC) neft kəmərinin Türkiyə hissəsinin operatoru olan Botas International Limited (BIL) şirkəti, Ceyhandakı neft terminalında neft boşaldılması üzrə məlumatları açıqlayıb. SİA-nın məlumatına görə, BTC-də neftin boşaldılmasına başlandığı dövrdən (2 iyun 2006-cı il) 17 iyun 2011-ci ilə qədər Ceyhandan 1557 neft tankeri boşaldılıb. BTC-nin işə başlamasından bu günə qədər onunla 1,212 milyon barrel neft nəql edilib.
Qeyd edək ki, BTC-nin gücü sutkada 1,2 milyon barrel neftdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB