Bu gün Sankt-Peterburqda rəsmi olaraq Beynəlxalq İqtisadi Forumun açılışı olacaq. SİA-nın məlumatına görə, təntənəli açılış mərasimi bu gün yerli vaxtla saat 11-də baş tutacaq. Açılışdan dərhal sonra plenar iclas başlayacaq. İlk olaraq ölkə rəhbəri Dmitri Medvedyev çıxışı ilə forum iştirakçılarına müraciət edəcək. Hesab edilir ki, dövlət başçısı innovasiyalar, Rusiyanın ÜTT-yə daxil olması və ölkədə investisiya mühiti barədə danışacaq.
Daha sonra Medvedyev özünün xarici həmkarları ilə danışıqlar aparacaq. Xatırladaq ki, forumda 6 ölkə rəhbəri iştirak edir. Günün ikinci yarısında isə prezident tərəfindən "Qlobal enerji" beynəlxalq mükafatının təqdimetmə mərasimi keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB