İyunun 4-də Londonun ICE Futures əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində Brent markalı neftin iyul fyuçerslərinə olan dəyəri 0,79 dollar azalaraq 118,78 dollar təşkil edib. SİA-nın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI markalı neftin iyul fyuçerslərinə olan qiyməti 2.64 dollar azalaraq 99.29 dollar olub.
Neftin qiymətində azalmanın səbəbi Səudiyyə Ərəbistanının mövcud neft hasilatını artırmaq istəyi ilə əlaqədardır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB