“Qara qızıl”ın qiymətində bahalaşma qeydə alınıb

“Qara qızıl”ın qiymətində bahalaşma qeydə alınıb

Dünya bazarlarında "qara qızıl"ın qiymətində bahalaşma qeydə alınıb. SİA-nın xəbərinə görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair iyul müqaviləsinin dəyəri 1,19 dollar və ya 1,2 faiz artaraq 1 barelə görə 101,93 dollar təşkil edib.

ICE London qitələrarası birjasında iyulda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 1,72 dollar artaraq 119,17 dollar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə