559 mln avroya ərsəyə gələcək gəmi İtaliyanın "Fincantieri" şirkəti tərəfindən hazırlanacaq. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, sərnişin gəmisinin sifarişini İngiltərənin "P&O Cruises" turizm şirkəti verib. 2015-ci ilin martında istifadəyə veriləcək gəminin sərnişin tutumu 4372 nəfərdir. Turizm şirkəti gəminin hələ hansı ad daşıyacağını müəyyənləşdirmədiklərini deyib.
Gəminin daha əvvəl heç bir gəmidə görülməmiş imkanlara malik olacağı və sərnişinlərə yüksək və rahat xidmət göstərəcəyi bildirilir.
Yeni sərnişin gəmisinin uzunluğu 330 m, ən üst göyərtəyə qədərki uzunluğu 47,3 m, olacaq. Bundan əlavə gəmi 17 göyərtədən və 1812 kameradan ibarət olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB