\"Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi\" mövzusunda tədbir keçirilib

\"Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi\" mövzusunda tədbir keçirilib

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu 2011-ci il mayın 27-də Füzuli rayonunda \"Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi\" mövzusunda tədbir keçirib. SİA-nın nazirliyin rəsmi saytına istinadən verdiyi məlumata görə tədbir çərçivəsində yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Füzuli rayonu üzrə sahibkarlıq subyektlərindən aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:

- intensiv üzüm bağlarının (texniki və ya süfrə) salınması;

- müasir tələblərə cavab verən ətlik istiqamətli quşçuluq təsərrüfatlarının yaradılması.

Bu gündən etibarən \"Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları\"na uyğun olaraq, sahibkarlıq subyektləri investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə fonda müraciət edə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə