“SOCAR Green” Azərbaycanda "yaşıl avadanlıq"ların istehsalı üzərində çalışır

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəmə “SOCAR Green” şirkəti Azərbaycanda "yaşıl avadanlıq"ların istehsalı üzərində çalışır. SİA xəbər verir ki, bunu “SOCAR Green” şirkətinin direktoru Elmir Musayev Bakıda keçirilən “Daha yaşıl gələcəyə doğru innovativ yollar: Bərpa olunan enerji və emissiyaların azaldılması” mövzusunda tədbirdə bildirib.

Onun sözlərinə görə, şirkət Azərbaycanda "yaşıl enerji"də istifadə olunacaq avadanlıqların istehsalının təşkili üzərində işləyir: “Müəyyən texniki-iqtisadi əsaslandırma tədqiqatları aparırıq. Lakin bunun daha genişmiqyaslı iqtisadi tərəfləri var. Azərbaycanın kiçik ölkə olmasına görə belə istehsal üçün yalnız Azərbaycanı hədəfləmək bir qədər çətin ola bilər. Bu, daha geniş miqyas tələb edir. Üstəlik, bu məsələdə bəzi iqtisadi çətinliklər var. Odur ki, biz hökumətə təklif edə biləcəyimiz bəzi həll yolları tapmağa çalışırıq".

Bütün xəbərlər Facebook səhifəmizdə