Naxçıvanda gələn il iqtisadi artımın 4 %-ə yaxın olacağı proqnozlaşdırılır

Azərbaycan hökuməti bu il Naxçıvan Muxtar Respublikasında iqtisadi artımın 3,3 %, gələn il isə 3,9 % olacağını proqnozlaşdırır. SİA xəbər verir ki, bu barədə Hesablama Palatasının "Naxçıvan Muxtar Respublikasının 2025-ci il üzrə büdcə layihəsinin təhlilinə dair analitik fəaliyyət üzrə Auditor Hesabatı"nda bildirilir.

Sənədə əsasən, 2024-cü ilin yekununda Naxçıvanda 1 milyard 441,9 milyon manat, gələn il isə 1 milyard 498,7 milyon manat dəyərində ümumi daxili məhsul (ÜDM) istehsal olunacaq.

Xatırladaq ki, bu ilin yanvar-noyabr aylarında Muxtar Respublikada 1 milyard 365,2 milyon manat dəyərində ÜDM istehsal olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 % çoxdur.

Hesabat dövründə əhalinin hər nəfərinə düşən ÜDM-in dəyəri isə 0,4 % artaraq 2 907 manat olub.

Bütün xəbərlər Facebook səhifəmizdə