Azərbaycanda yaxın vaxtlarda üçüncü vençur fondu yaradılacaq

Azərbaycanda yaxın vaxtlarda üçüncü vençur fondu yaradılacaq. Hazırda əməkdaşlıq mərhələsindəyik. Bizim əsas hədəfimiz investisiya ekosisteminin böyüməsini təmin etməkdir. Həmçinin idarə olunan aktivlərin sayını artırmaqdır.

SİA xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzdində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İnvestisiyalar və ekosistemə dəstək şöbəsinin müdiri Ağahüseyn Əhmədov jurnalistlərə açıqlamasında deyib.

“Bu ilin oktyabr ayında Bakıda keçirilən "InMerge Innovation Summit" çərçivəsində bir neçə tərəfdaşla birlikdə "InMerge Ventures" fondunun yaradılmasını elan etdik. Lakin bununla kifayətlənmək niyyətində deyilik. İki fond kifayət etmir, daha çoxuna ehtiyac var. Bu məqsədlə "White Hill Capital" şirkəti ilə əməkdaşlığa başlamışıq və yaxın zamanda üçüncü fondun yaradılmasını elan edəcəyik. Hədəfimiz idarə olunan aktivlərin məbləğini 15 milyon ABŞ dollarına çatdırmaqdır”, - deyə A. Əhmədov bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə